Dünya üzrə okean səthinin gündəlik orta temperaturu mart ayında 21,2 dərəcə ilə indiyə qədər qeydə alınmış ən yüksək temperatura çataraq rekord qırıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Men Universitetinin İqlim Reanalizatoru və ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatlarına görə, qlobal istiləşmə də okean səthində temperaturun artmasına səbəb olub.
NOAA əməkdaşı okeanoloq Qreqori C. Conson CNN-ə bildirib ki, 2023-cü ildə ölçülən orta qlobal okean temperaturu 2022-ci ildən 0,25 dərəcə yüksəkdir və bu artım bir ildə 20 illik istiləşməyə uyğundur.
Conson atmosferdəki istixana qazlarının konsentrasiyası artdıqca bu rekord temperaturların qeyd olunmağa davam edəcəyini gözlədiklərini ifadə edib.
Mikayıl