Alimlərdən DNT analizləri ilə bağlı təəccüblü kəşf

Alimlərdən DNT analizləri ilə bağlı təəccüblü kəşf
DÜNYA
10:47 16.05.2023
155
ABŞ-da alimlər DNT ilə bağlı maraqlı araşdırma aparıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, DNT nümunələri hətta insanın çimdiyi sudan, havada nəfəs almasından, hətta çimərlikdəki ayaq izindən də götürülə bilər.
 
Nəticələri Nature Ecology & Evolution elmi jurnalında dərc edilən araşdırmada elm adamlarının nəsli kəsilməkdə olan dəniz tısbağalarını araşdırmaq üçün qumdan ətraf mühitin DNT nümunələri toplayarkən, tapıntıların çox keyfiyyətli olduğu və həmin bölgədə yaşayan əhalinin genetik əcdadı müəyyən edilə bilər.
 
Tədqiqat çərçivəsində 6 nəfərin çalışdığı 280 kvadratmetrlik heyvan klinikasından götürülən hava nümunələrinin tədqiqində işçi heyətin və heyvanların DNT-lərinin aşkar edilərək uyğunlaşdırıla bildiyi müşahidə edilib.

Tədqiqat hesabatında deyilir: "Tüpürcək, dəri, tər və qan vasitəsilə ətraf mühitə daxil olan insan DNT-si itkin düşmüş şəxslərin tapılması və cinayətlərin açılması, arxeoloji əhəmiyyət kəsb edən ərazilərin müəyyən edilməsi və sağlamlığın monitorinqi üçün məhkəmə araşdırmalarına kömək etmək üçün istifadə oluna bilər", - ifadəsindən istifadə edilmişdir.
 
Florida Vəhşi Təbiət Xəstəlikləri Universitetinin Genomika professoru David Daffy "Bütün bu şəxsi, əcdad və sağlamlıq məlumatları ətraf mühitdə sərbəst şəkildə mövcuddur və hazırda havada asılır", - deyib.

Hesabatda eyni üsulların "məxfiliyin pozulması, yerin izlənilməsi, məlumatların toplanması, fərdlərin və ya populyasiyaların genetik izlənməsi” kimi zərərli işləri asanlaşdıra biləcəyi təhlükəsinə də işarə edilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR