Alimlərdən hamını həyəcanlandıran qara dəlik kəşfi

MARAQLI
13:17 31.05.2023
222
Xarici tədqiqatçılar qara dəlik hissəcik axınlarından (reaktivlər) yayılan rentgen şüalarının dalğalanmalarını aşkar ediblər.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu araşdırma statistik əhəmiyyətli sayda qara dəlik reaktivlərinin rentgen şüalarının emissiyalarının cəmi bir neçə il ərzində dəyişdiyini ortaya qoyub.

Tədqiqatçılar qeyd ediblər ki, qara dəliklərdən yayılan bu hissəciklərin rentgen şüaları yaya bilən yüksək enerji səviyyələrinə necə çatdığı hələ məlum olmasa da, əvvəllər rentgen şüalarının milyonlarla il ərzində dəyişmədiyi düşünülüb.

Rəsədxananın arxiv məlumatlarını təhlil edən elm adamları Çandranın çoxsaylı müşahidələr apardığı 53 qara dəlik reaktivi içərisində 155 fərqli yeri araşdırıblar.

Digər tərəfdən, son tədqiqatlar reaktivlərin uzanması boyunca rentgen emissiyalarında sürətli dalğalanmaları aşkar edib. Bu onu göstərir ki, hissəcik sürətlənməsi reaktivin qara dəlikdə ilk başladığı yerdən çox uzaqda reaktiv boyunca dəyişir.
 
Komandanın təhlili göstərib ki, tədqiq edilən reaktivlərin 30-100 faizi rentgen şüalarının qısa müddət ərzində fərqlənir.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR