Elm adamları Sakit Okeanın dibində aşkar edilən nəhəng strukturun planetdəki ən böyük zərbə krateri ola biləcəyini açıqlayıblar.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ki mütəxəssis, Endryu Filkson və Tony Yeates Avstraliyanın Yeni Cənubi Uels sahillərində yerləşən krater üzərində apardıqları yeni işdə təəccüblü nəticələri ilə diqqət çəkiblər.
Ekspertlər hesab edirlər ki, Deniliquin strukturu dünyanın ən böyük zərbə formalı krateridir.
Təxminən 520 km enində olan krater əvvəllər dünyanın ən böyüyü hesab edilən strukturdan 161 km böyükdür. Əvvəllər dünyanın ən böyüyü hesab edilən struktur Cənubi Afrikadakı 299 km eni olan Vredefort zərbə krateri idi.
Alimlər tərəfindən təxmin edilir ki, struktur təxminən 445 milyon il əvvəl Son Ordovik kimi tanınan dövrdə formalaşmışdır.
Deniliquin strukturu hələ çox sınaqdan keçməmiş olsa da, qazma da daxil olmaqla əlavə tədqiqatlar onun həqiqətən öz növünün ən böyüyü olub-olmadığını təsdiqləyə bilər.
Gülay