Alimlərdən xəbərdarlıq: dünya dağıla bilər

DÜNYA
16:41 05.06.2013
3614

Nepallı alimlərin apardıqları araşdırmaların nəticələrinə görə, "2012" filmindəki məşum ssenari gerçəkləşə bilər. Milli.Az AHT-yə istinadən bildirir ki, nepallı alimlər Himalay dağ silsiləsində nəhəng dalğaların yaranacağını və bu dalğaların dünyanın bir sıra ölkələrini məhv edə biləcəyini istisna etmirlər. Araşdırmanın nəticələrinin əks olunduğu hesabatda bildirilir ki, qlobal istiləşmə və iqlim dəyişiklikləri nəticəsində Himalay dağ silsiləsində buzlaqlar əvvəlki dövrlərlə müqayisədə 8 dəfə sürətlə əriməyə başlayıb. "Buzlaqların əriməsi güclü dalğaların yaranmasına və bu da bir neçə ölkənin su altında qalmasına səbəb ola bilər", - hesabatda deyilir. Science bildirir ki, Nepalın mərkəzi və şərqi hissələrindəki iki nəhəng buzlaq artıq tam ərimə ərəfəsindədir. Həmin buzlaqlar ölkənin mərkəzindəki Yala və şərqindəki AC010-dur. 1970-1980-ci illərlə müqayisədə həmin buzlaqlarda ərimə sürəti dəfələrlə artıb. Nüfuzlu Proceedings of the National Academy of Sciences-də dərc olunmuş hesabatda vurğulanır ki, Yaponiyanın Naqoya Universitetinin alimləri situasiyanı araşdırıblar. Araşdırmanın nəticələrinə görə, Yala buzlağı hazırda ildə 0,8 metr, AX010 isə 0,81 metr sürətlə əriyir. Nepalın qərbindəki Rikha Samba buzlağında da sürətli ərimə başlayıb. Dəniz səviyyəsindən 5700 metr hündürlükdəki buzlağın əriməyə başlaması nəticəsində yaxınlıqdakı dağların yamaclarındakı 8 kənd məhv olub. Himalay dağ silsiləsində 15 minə yaxın buzlaq var. Onlar qlobal iqlimə və rütubətə ciddi təsir edirlər.

OXŞAR XƏBƏRLƏR