Aparılan araşdırma nəticəsində məlum olub ki, xoruldayan insanların gecələr çıxardığı səslər onların beyinlərinə zərər verir.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İngiltərədəki "King's College London"dan olan elm adamları yuxu apnesinin beynə qan axını kəsə və oksigeni məhdudlaşdıra biləcəyini və beləliklə, erkən idrakın azalmasına səbəb olduğunu vurğulayıblar.
Yuxu apnesi gecə ərzində nəfəsin dayanmasına və başlamasına səbəb olur, bu da xəstələri tez-tez oyanmağa məcbur edə bilən yüksək səsli xoruldamaya səbəb olur. Bu da öz növbəsində beyinə qan axını dayandıraraq oksigen səviyyəsinə təsir edə bilər.
Beyin gücünün azalması yaddaşa, eləcə də qərar vermə, reaksiya və qavrayış kimi düşünmə bacarıqlarına təsir edə bilər.
Almaniya və Avstraliyadan olan həmkarları ilə işləyən tədqiqatçılar, yaşları 35-70 arasında olan, yüngül və ağır yuxu apnesi diaqnozu qoyulmuş, lakin başqa cür sağlam olan 27 kişi iştirakçını tədqiq ediblər.
Tədqiqatçılar eyni zamanda sağlamlıq və təhsil statusu oxşar olan, lakin yuxu apnesindən əziyyət çəkməyən yeddi kişi üzərində nəzarət qrupu olaraq araşdırma aparıblar.
Yuxu apnesi olan xəstələrin qısamüddətli yaddaşı da pisləşir və xəstəlikləri nə qədər yüngül olarsa, bilişsel olaraq bir o qədər yaxşı çıxış edirdilər.
Gülay