Alimlərin insan beyni ilə bağlı TƏƏCCÜBLÜ KƏŞFİ

Alimlərin insan beyni ilə bağlı TƏƏCCÜBLÜ KƏŞFİ
DÜNYA
13:38 17.10.2023
200
İnsan beyni elm dünyasının ən çox tədqiq etdiyi və uzun illər keçsə də, heç vaxt tam araşdıra bilmədiyi bir mövzudur. 

AZXEBER.COM xəbər verir ki, yeni bir araşdırma insanları unikal edən beyin hüceyrələrini ortaya çıxarıb.

Tədqiqatçılar insan beynində 3000-dən çox beyin hüceyrəsi növü aşkar ediblər və bu əlaqələrin hər bir insanı necə unikal etdiyini izah ediblər.

Ən son tədqiqat beyin hüceyrələrinin növlərini yalnız beyin qabığı kimi müəyyən beyin bölgələrində xəritələşdirən əvvəlki tədqiqatlara əsaslanır. Bu tədqiqatlar 100-dən çox müxtəlif növ beyin hüceyrəsi tapıb.

Tədqiqat beynin ölçüsünə və mürəkkəbliyinə və bu hüceyrələr arasındakı əlaqələrin bizi necə unikal etdiyinə diqqət yetirib.

Bu kəşflər birlikdə beyin xəstəliklərinin müxtəlif beyinlərə necə təsir etdiyini daha yaxşı başa düşə bilər.

Ayşən
OXŞAR XƏBƏRLƏR