Alınan biletin 80 faizini qaytarıblar - Sərnişinlər isə yollarda qalır...

Alınan biletin 80 faizini qaytarıblar - Sərnişinlər isə yollarda qalır...
SOSİAL
15:10 06.01.2026
207
Bayram ərəfəsində Tərtər sakinləri rayon avtovağzalında Bakıya gəlmək üçün bilet tapa bilmədiklərindən şikayət etmişdi.
 
Vətəndaşlar avtobuslarda kifayət qədər yer olmasına baxmayaraq, onlara bilet satılmamasından gileylənmişdi.

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, problemi bilet alveri ilə məşğul olan bəzi şəxslər yaradır: "Belə ki, işbazlar biletləri qabaqcadan kassadan sistem vasitəsilə alır və vətəndaş onlayn sistemə daxil olarkən biletlərin satıldığını görür. Sonradan həmin biletlər şəxslər tərəfindən kassadan dəyərindən artıq qiymətə təqdim olunur. Satışı tam olaraq reallaşdırmaq mümkün olmadıqda, artıq qalan biletlər sistem vasitəsilə qaytarılır. Nəticədə avtobuslarda yer olduğu halda onlayn qaydada bilet almaq istəyən vətəndaş biletsiz qalır.

Bəzi hallarda onlayn satışın əhatə dairəsinin genişənməsinə ciddi müqavimət göstərilir və maneələr yaradılır. Aparılan davamlı təhlillər və araşdırmalar nəticəsində məlum olub ki, bir avtovağzalda təkcə son 3 ayda kassadan öncədən alınan biletlərin 80%-i səbəbsiz olaraq geri qaytarılıb. Bilet satışına edilən bu cür müdaxilələr vətəndaşların rahat gediş-gəlişinə və onlayn satışın genişlənməsinə əngəl yaradır.

Sözügedən avtovağzal nümayəndələrinə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, həmin şəxslər əməllərindən əl çəkməyiblər. Xoşagəlməz halın aradan qaldırılması məqsədilə intizamsız avtovağzala qarşı tədbir görülüb. AYNA vətəndaşları bu kimi hallarla qarşılaşdıqda "141” Çağrı Mərkəzinə və hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırır”.

Agentlikdən həmçinin qeyd edilib ki, bayram günlərində (29 dekabr-4 yanvar) paytaxtdan bölgələrə, eyni zamanda region avtovağzallarından müxtəlif istiqamətlərə təqribən 90 000 sərnişin daşınıb: "Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 350-dən çox reys həyata keçirilib. Sərnişinlərin 50%-i biletlərini onlayn qaydada "biletim.az” portalından əldə edib ki, bu da əvvəlki dövrlərlə müqayisədə rekord göstəricidir”.
 
///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
15:34 18.09.2026
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
15:30 18.09.2026
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
15:04 18.09.2026
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
14:55 18.09.2026
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Həftəsonunun ən şanslı 4 bürcü
14:40 18.09.2026
Həftəsonunun ən şanslı 4 bürcü
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
14:23 18.09.2026
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
Pezeşkian ABŞ-yə gedir
14:07 18.09.2026
Pezeşkian ABŞ-yə gedir
Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi
13:59 18.09.2026
Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi
İctimai nəqliyyatda sıxlığın qarşısı necə almaq olar – VİDEOSORĞU
13:53 18.09.2026
İctimai nəqliyyatda sıxlığın qarşısı necə almaq olar – VİDEOSORĞU
Konqoda Ebola həyəcanı: Yoluxanların sayı artdı
13:52 18.09.2026
Konqoda Ebola həyəcanı: Yoluxanların sayı artdı
İsmayıllı rayon prokurorluğunda “Açıq Qapı” günü keçirildi - FOTOLAR
13:17 18.09.2026
İsmayıllı rayon prokurorluğunda “Açıq Qapı” günü keçirildi - FOTOLAR