“Alişan evləndi, indi sıra səndədir” - Ərdoğan

“Alişan evləndi, indi sıra səndədir” - Ərdoğan
DÜNYA
18:44 08.05.2018
4688
2 gün öncə toyları olan müğənni Alişan və aktrisa Buse Varolun toyunda maraqlı anlar yaşanıb.

 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasimə prezident Rəcəb Tayyib Ərdoğan xanımı Emine Ərdoğanla gedib.

Ərdoğanla aparıcı Ece Erkenl arasında gecədə dialoq yaşanıb. Məlum olub ki, birinci xanım aparıcıya "Alişan evləndi, indi sıra səndədir” deyib. 

Qeyd edək ki, R.T. Ərdoğan ötən il 29 sentyabr Respublika günündə Alişana "6 ay müddətində evlən, yuva qur" demiş, müğənni də cavabında "baş üstə" söyləmişdi. 

Xatırladaq ki, E.Erken bir dəfə ailəli olub və onun 3 yaşlı oğlu var.
OXŞAR XƏBƏRLƏR