Bəzi universitetlər onlayn dərslərdə iştirak etməyən tələbələrə çətinlik yaradır.
AZXEBER.COM xəbər verir ki, bunu deputatNaqif Həmzəyev parlamentdə çıxışında deyib.
O, bildirib ki, karantin dövründə hər kəsin internetə çıxış imkanları olmaya bilər:
"Onsuz da çətin vəziyyətdəyik. Çalışaq ki, tələbələri incitməyək. Onları növbəti semestrə keçirək”.
Deputat, həmçinin Hindistanın müxtəlif ştatlarında qalan azərbaycanlıların ölkəyə gətirilməsinə görə ölkə başçısına təşəkkür edib.