Alizade Bakıda konsert verəcək

Alizade Bakıda konsert verəcək
MAQAZİN
11:17 05.02.2026
314
Hazırda Türkiyədə yaşayan və orada fəaliyyət göstərən Azərbaycan əsilli repçi Alizade böyük uğurlara imza atmaqda davam edir.
 
AZXEBER.COM xəbər verir ki, o 8 fevralda Bakıda konsert verəcək.
 
Özəl məkanda təşkil olunan gecədə o maraqlı səhnə şouları, rəqsləri və tərzi ilə tamaşaçı qarşısına çıxacaq.
 
Xatırladaq ki, əsl adı Asya Alizadə olan müğənni əslən Naxçıvanlıdır, orada anadan olub. Musiqi karyerasına erkən yaşda, Rusiyada yaşadığı dövrlərdə başlayıb və müxtəlif ölkələrdə fəaliyyətini davam etdirib.
 
Moskvada böyüyən və 2022-ci ildə Türkiyəyə köçən Əlizadə "Anormal", "24/7" və "Kalbin Bana Kaldı" mahnıları ilə tanınır. Reper əsasən rusiyalı reper "Big Baby Tape" ilə əməkdaşlıq və türk dilində oxuduğu mahnıları sayəsində populyarlıq qazanıb.
 
26 iyulda Bakıda keçirilən "DreamFest” səhnəsində çıxış edən Alizade həm geyimi, həm də şousu ilə yaddaqalan çıxış sərgiləmişdi.
 
Aysel
OXŞAR XƏBƏRLƏR