“Alkoqollu içkilər və siqaretin qiyməti iki dəfə arta bilər” - Maliyyə naziri

“Alkoqollu içkilər və siqaretin qiyməti iki dəfə arta bilər” - Maliyyə naziri
TOP4
13:22 21.11.2017
4416

2018-ci il üçün Azərbaycan dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat nəzərdə tutulub. Büdcə layihəsi dünyada cərəyan edən proseslərin Azərbaycan iqtisadiyyatına təsiri və Azərbaycan iqtisadi proqnozları əsas götürülərək hazırlanıb.

Bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2018-ci ilin Dövlət büdcəsi haqqında qanun layihəsini təqdim edərkən deyib.

Nazir bildirib ki, səmərəli iqtisadi tədbirlər nəticəsində ölkə iqtisadiyyatında geriləmə 3,3 faizdən 0,3 faizə qədər azalıb:

"Xarici ticarət dövriyyəsində 4.4 milyard dollar müsbət saldo əldə edilib.

Baklı-Tiflis-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycanın ənənəvi investisiya üçün möhkəmliyini qoruduğunu göstərir”.

Samir Şərifov vurğulayıb ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat nəzərdə tutulub. Bu, ÜDM-in 29 faizi həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 milyard manat və ya 20 faiz, ötən ilin faktiki icra göstəricisi ilə müqayisədə 2,621 milyard manat və ya 15 faiz çoxdur.

Dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7,907 milyard manatı və ya 39,3 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 9,216 milyard manatı və ya 45,8 faizi Dövlət Neft Fondundan transfertin, 2,43 milyard manatı və ya 8 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 574 milyon manatı və ya 2,8 faizi isə digər gəlirlərin payına düşür.

Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsində dövlət borcuna xidmətlə bağlı 2,263 mlrd. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 37,8% çoxdur.

Samir Şərifov qeyd edib ki, manatın ABŞ dollarına nisbətən kəskin ucuzlaşması cari ildə alkoqollu içkilər və tütün məmulatlarının qiymətinin artımına səbəb olub. Növbəti ildən bu məhsullara aksiz vergisinin 2 dəfəyədək artırılması nəzərədə tutulub. Bu da daxili bazarın qorunması, xaricə valyuta axınının qarşısını almağa xidmət edəcək.

2018-ci il dövlət büdcəsinin xərcləri cari ilin təsdiq olunmuş büdcə xərcləri ilə müqayisədə 2 milyard 965 milyon manat və ya 16,5 faiz çox olmaqla, mütləq ifadədə 20 milyard 906 milyon manat məbləğində proqnozlaşdırılır. 2018-ci il üçün dövlət büdcəsi xərclərinin tərkibində sosialyönümlü xərclərin xüsusi çəkisi 36,6 faiz olacaq. Elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat sahələrinə 5 milyard 372 milyon manat vəsait nəzərdə tutulur. Bütövlükdə bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 25,7 faiz təşkil edəcək.

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərclərinin maliyyələşməsi üçün 304 milyon manat vəsait nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 22 milyon manat çoxdur”.

Qeyd edək ki, 2018-ci il üçün büdcə kəsiri 778,7 mln. manat həcmində nəzərdə tutulub.

Azərbaycanın 2018-ci il icmal büdcəsinin gəlirləri isə 23 223,2 mln. manat məbləğində proqnozlaşdırılır. Gələn il icmal büdcənin xərcləri isə 26 674,1 mln. manat məbləğində gözlənilir. Bu isə 2017-ci ilin proqnozuna nisbətən 3 895,4 mln. manat və yaxud 12,7% azdır.

///publika.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keçmiş futbolçu ölüm təhdidləri aldığını açıqladı
18:16 28.04.2025
Keçmiş futbolçu ölüm təhdidləri aldığını açıqladı
İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
17:49 28.04.2025
İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
17:43 28.04.2025
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
17:37 28.04.2025
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
"Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir"
17:25 28.04.2025
"Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir"
Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir
16:40 28.04.2025
Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə cəza istənilib
16:24 28.04.2025
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə cəza istənilib
Azərbaycan Prezidenti: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
16:09 28.04.2025
Azərbaycan Prezidenti: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:07 28.04.2025
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
"TuranBank" ağacəkmə aksiyasında iştirak edib
15:53 28.04.2025
"TuranBank" ağacəkmə aksiyasında iştirak edib
"Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir"
15:41 28.04.2025
"Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir"
İran Prezidenti: Özümü Təbrizdəki, Ərdəbildəki kimi hiss edirəm
15:34 28.04.2025
İran Prezidenti: Özümü Təbrizdəki, Ərdəbildəki kimi hiss edirəm
İlham Əliyev: Azərbaycan və İran əlaqələrin inkişafına çalışır
15:24 28.04.2025
İlham Əliyev: Azərbaycan və İran əlaqələrin inkişafına çalışır
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edirlər
15:22 28.04.2025
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edirlər
Yeni Papa bu tarixdə seçilə bilər
15:12 28.04.2025
Yeni Papa bu tarixdə seçilə bilər
“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında
15:00 28.04.2025
“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında