Alkoqollu içkilərin reklamı qadağan edildi

Alkoqollu içkilərin reklamı qadağan edildi
SOSİAL
14:48 31.05.2017
938
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Uşaq hüquqları haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
 
Təklif edilən dəyişikliklərdə Azərbaycanda uşaqlar üçün verilişlərin reklamla kəsilməsi qadağan edilir.

Dəyişikliyə görə, alkoqollu içkilərdən istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) alkoqollu içkilərin reklamı ilə kəsilməsi qadağandır.

Həmçinin dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərində, albomda reklam yerləşdirilə bilməz.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.
 
///Trend
OXŞAR XƏBƏRLƏR