Alla Puqaçova səhnəyə qayıdır

Alla Puqaçova səhnəyə qayıdır
MAQAZİN
15:47 21.01.2026
293
Alla Puqaçova bu yay səhnəyə qayıtmağı planlaşdırır.

AZXEBER.COM xəbər verir ki, müğənni daha çox xaricdə özəl dəvətlərdə mini konsertlər keçirmək niyyətindədir.
 
Hazırda özünə və ailəsinə vaxt ayıran Puqaçova yayın əvvəlinə qədər korporativ çıxışlar üçün təklifləri qəbul etmədiyini açıqlayıb.

Bununla belə, o, pərəstişkarlarını bu yay böyük bir dönüş gözləməyə hazır olmaları üçün səsləyib.

Xatırladaq ki, Puqaçova hazırda Kiprdə yaşayır və orada gələcək konsertlər üçün yeni mahnılar bəstələyib və musiqi proqramı hazırlayır.
 
Aysel
OXŞAR XƏBƏRLƏR