Alla Puqaçovanı o əvəz edəcək

Alla Puqaçovanı o əvəz edəcək
MAQAZİN
11:23 04.02.2026
323
Rusiyanın xalq artisti Filip Kirkorov Alla Puqaçovanın ənənəvi olaraq təşkil etdiyi yaz konsertləri barədə danışıb.
 
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, Kirkorov Alla Puqaçovanı əvəzləməyi öz üzərinə götürdüyünü açıqlayıb.
 
Sənətçi bildirib ki, bu ildən etibarən genişmiqyaslı solo çıxışlarnıı fevralın sonu və mart ayı boyunca təqdim edəcək.
 
Bununla da o, ənənəvi Puqaçova yaz konsertlərinin yerini tutacağını bildirib:

"Yazın ilk bazar günü artıq mənim bayramım olacaq. Alla Puqaçova bu bayramı yazın ilk bazar günü keçirərək ənənə yaradıb. Mən onun ənənəsini davam etdirməliyəm. O, uzaqdadır, bu vəzifəni mən öz üzərimə götürmüşəm. Beləliklə, indi, martın ilk bazar günü, baharı birlikdə qeyd edəcəyik!" 

Xatırladaq ki, illərdir mart ayının ilk bazar günündə konsert verən Alla Puqaçova bunu ənənə halına salmışdı.
 
Hazırda Kiprdə yaşayan müğənni Rusiyada konsert verməkdən imtina etdiyi və ölkəni tərk etdiyi üçün bu il ilk dəfə olaraq onun "Bahar konsertləri" baş tutmayacaq.
 
Aysel
OXŞAR XƏBƏRLƏR