“Allahın yeri yoxdur maşınımızda”.
Allaha küfr edən gənclər dəhşətli qəzaya uğrayıb.
Hadisə Türkiyə ərazisində qeydə alınıb. Bir qrup sərxoş gənc dostlarından birinin evindən maşınla yola düşüblər.
Gəncləri yola salmağa hazırlaşan oğlanlardan birinin anası onlara xeyir-dua verib. “Allah sizinlə olsun”, - deyən ana, gəncləri ehtiyatlı olmağı məsləhət bilib.
Gənclər isə qadınla məzələnməyə başlayıblar:
“Allahın yeri yoxdur maşınımızda. Əgər çox istəyirsə, maşının baqajına girsin!” - deyə cavab veriblər.
Yola çıxdıqdan bir neçə saat sonra gənclər qəzaya uğrayıb. Maşın tanınmaz hala düşüb. Qəzadan sağ çıxan olmayıb. Amma bir mənzərə hamını dəhşətə gətirib.
Maşının baqajına heç bir ziyan dəyməyib. Bundan da təəccüblüsü bu olub ki, baqajda olan bir səbət yumurtanın heç biri də qırılmayıb.
Qeyd edək ki, hadisə haqqında məlumat sosial şəbəkələrdə yayılıb.(Ans press)