İranda 11 qadına məzar olan təyyarə qəzasında ölənlərin son səs yazıları ortaya çıxıb.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, pilot Beril Gebeşin son ana qədər təyyarəni qəzadan xilas etməyə çalışdığı və "Allahım, bizə kömək et" qışqırdığı məlum olub.
Qeyd edək ki, Türkiyənin İranda qəzaya uğramış "Bombardier Challenger 600" təyyarəsinin göyərtəsində 3 heyət üzvü və 8 qadın sərnişin olub. Onlar Dubaydan iş adamı Hüseyn Başaranın toyuna hazırlaşan 28 yaşlı qızı Mina Başaranın "subaylığa vida partisi"ndən qayıdırlarmış.