Allahşükür Paşazadə: “Həm Ağdam, həm də Şuşa məscidindən Azan səsinin gəlməsi ədalətin bərpa olmasıdır”

Allahşükür Paşazadə: “Həm Ağdam, həm də Şuşa məscidindən Azan səsinin gəlməsi ədalətin bərpa olmasıdır”
SOSİAL
16:19 11.07.2021
294
"İşğaldan əvvəl iki dəfə Şuşaya gəlmişdim - bir dəfə məscidin açılışında, ikinci dəfə imam təyin olunanda. Daha sonra hadisələr başladı deyə, gələ bilmədik. Ağlımıza gəlmirdi ki, elə hadisələr olacaq, torpaqlarımız işğal altına düşəcək”.

APA xəbər verir ki, bunu dini konfessiyaların rəhbərləri ilə birgə Şuşaya səfər edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

Şeyxülislam bildirib ki, ermənilər zəbt etdikləri torpaqlarda 30 il ərzində heç bir iş görməyiblər, ancaq dağıdıb, məhv ediblər, özlərini insanlığa layiq olmayan formada aparıblar:

"Mənim də bu illər ərzində Şeyxülislam kimi öz apardığım işlər, görüşlər olub, erməni katolikoslarla da görüşmüşəm. O görüşlərdə özümü heç vaxt sındırmamışam, qürurlu dayanmışam, amma daxilimdə bir sınıqlıq vardı, çünki bir milyona qədər qaçqın və məcburi köçkünümüz var idi”.

Rus pravoslav kilsəsinin rəhbəri Patriarx Kirill və Katolikos ikinci Qareginlə də görüşlərinin olduğunu deyən Şeyxülislamın sözlərinə görə, həmin görüşlərdə Katolikosdan xahiş edib ki, sülhün başlanğıcı üçün heç olmasa bir neçə kəndin qaytarılmasına yardım etsin:

"Razılaşmadı. Özü də bu kəndlər Dağlıq Qarabağa aid deyildi, Ağdam və ya Füzulinin kəndləri idi, amma qəbul etmədilər. Bu gün isə bizdən əsirlərin qaytarılması, yaxud hansısa kilsələrdə ibadətə şərait yaradılmasını istəyirlər. O kilsələr alban-udi kilsəsidir, ermənilər zəbt etmişdi. Katolikosun bizə müraciəti olub başqa-başqa yollarla, Patriarx Kirill və ya BMT xətti ilə görüş istəyiblər. Hələ tam cavab verməmişəm, əgər öz ambisiyalarından əl çəksələr, Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etsələr, görüşməyə hazırıq”.

QMİ sədri bildirib ki, bugünkü Zəfər ən böyük zəfərdir, ən böyük qalib isə Prezident İlham Əliyevdir:

"Yüz illər boyu belə qələbəyə rast gəlməmişəm, bu gün İlham Əliyev cənabları öz adını tarixə Qalib kimi yazıb. Buradakı ibadətimizin böyük savabı, mənası var, Azərbaycan xalqı öz Şeyxinin Şuşaya gedib ibadət etməsini gözləyirdi. Digər dinlərin də nümayəndələri də mənə müraciət edirdi, qismət bu günə imiş. Bundan sonra arzumuz var ki, bu cür yerləri bir daha ziyarət edək. Bu yerlər bizim üçün müqəddəsdir, yəqin ki, digər yerləri də ziyarət edəcəyik. Din borcumuzdan biri də budur”.

Əlavə olaraq qeyd edib ki, ən böyük sevinclərdən biri Ərdoğanın ailəsi ilə Şuşaya gəlməsi, Şuşa Bəyannaməsinin imzalanmasıdır: "Şuşa Bəyannaməsi göstərir ki, gələcəkdə də iki qardaş arasında dostluq münasibətləri davam edəcək, qələbəmiz daimi olacaq".

QMİ sədri bildirib ki, həm Ağdam, həm də Şuşa məscidindən Azan səsinin gəlməsi ədalətin bərpa olmasıdır: "Şuşaya gələndə gördüm ki, yeni yollar salınır, Şuşa abadlaşdırılır. Bunlara görə, dövlət başçısına, Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
13:40 12.07.2025
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
13:35 12.07.2025
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
13:14 12.07.2025
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
13:11 12.07.2025
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
12:57 12.07.2025
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
12:54 12.07.2025
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
İstirahət gününə olan hava proqnozu
12:33 12.07.2025
İstirahət gününə olan hava proqnozu
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
12:13 12.07.2025
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
11:52 12.07.2025
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
11:45 12.07.2025
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
11:36 12.07.2025
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib
11:31 12.07.2025
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib