Allahşükür Paşazadə "İŞİD"dən danışdı

Allahşükür Paşazadə "İŞİD"dən danışdı
SOSİAL
16:58 29.08.2016
1959
AZXEBER.COM xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Çeçenistan Respublikasına səfər edib.
QMİ-dən bildiriblər ki, A.Paşazadə paytaxt Qroznıda Çeçenistanın mərhum prezidenti Əhməd Kadırovun anadan olmasının 65 illiyinə həsr olunmuş və islam dünyasının tanınmış din xadimləri və alimlərinin iştirak etdiyi beynəlxalq konfransda məruzə ilə çıxış edib.
QMİ sədri hal-hazırda dünyada cərəyan edən hadisələr fonunda din xadimlərinin zorakılıq hallarına, sülh və ədalətin pozulmasına qarşı daha artıq dərəcədə fəal çıxış etmək zərurətindən bəhs edib. O bildirib ki, sülh, qardaşlıq dini olan islam adından müsəlman xalqlarına, onların müstəqil dövlətlərinə qarşı məkrli sui-istifadə halları, islam adına ləkə gətirilməsi hiddət doğurur: "Ekstremistlər, təkfirçilər, din adından istifadə edən sektaların, İŞİD və başqa məqsəd və məramlarının, cəmiyyət daxilinə nifaq salan, xalqların əsrlər boyu formalaşmış mənəvi köklərini məhv edən, ənənəvi dəyərlərinə və dövlətçiliyinə qarşı radikal addımlara sövq edən, gəncliyi psevdoislam ideyalarla zəhərləyərək öz alçaq niyyətlərinə alət edənlərin islama, müsəlmanları narahat edən problemlərə heç bir dəxli yoxdur. Bunun qarşısının alınması üçün əsl islam həqiqətləri ruhunda maarifçilik işinin genişləndirilməsi zəruridir - nüfuzlu üləmaların dünyada ehtiramla qarşılanan rəyləri bu işdə böyül rol oynayır".
A.Paşazadənin sözlərinə görə, cəmiyyətlərdə mənəvi-əxlaqi sabitliyin təmin olunmasında mühüm əhəmiyyət kəsb edən məqamlardan biri dövlət-din münasibətlərinin dövlət başçıları tərəfindən səriştəli tənzimlənməsi, dindarların ehtiyac və istəklərinə qayğı ilə yanaşılmasıdır - şükürlər olsun ki, həm Azərbaycanda, həm də Rusiya Federasiyasında məhz belə münasibətlər hökm sürür.
Şeyxülislam beynəlxalq konfransda Qarabağ probleminin ədalətli sülh yolu ilə həll olunması vacibliyi barədə də fikirlərini səsləndirib. O, iki onillikdən artıq davam edən bu münaqişənin ümumən Qafqazın inkişafına əngəl olduğunu vurğulayıb və Rusiyanın dövlət başçısı prezident Vladimir Putinin ədalətli sülhün əldə olunması istiqamətində səylərini yüksək dəyərləndirdiyini deyib. QMİ sədri Yaxın Şərqdə sülhun bərqərarı, ələlxüsus, Suriya ətrafında hökm sürən xaosun aradan qaldırılmasında, beynəlxalq terrorizmlə mübarizədə Rusiyanın rolunun əhəmiyyətli olduğunu xüsusi vurğulayıb.
Konfransda iştirak edən din xadimləri və çıxışçılar Rusiya və Türkiyə arasında münasibətlərin normallaşmasından məmnun olduqları barədə ümumi mövqe nümayiş etdiriblər. Azərbaycanın dövlət başçısı İlham Əliyevin də bu işdə rolu və səyləri müsbət dəyərləndirilib.
Səfər çərçivəsində RF Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov QMİ sədri şeyxülislam A. Paşazadəni qəbul etdi. Görüşdə A. Paşazadə Azərbaycan prezidentinin salamlarını və xoş arzularını Çeçenistanın başçısına çatdırıb. Azərbaycanın dövlət rəhbərini böyük qardaşı adlandıran və onun şəxsiyyətinə yüksək dəyər verdiyini vurğulayan R. Kadırov prezident İlham Əliyevi Çeçenistanda görmək arzusunda olduğunu dilə gətirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
12:07 08.06.2026
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
12:04 08.06.2026
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
11:55 08.06.2026
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
11:53 08.06.2026
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
11:44 08.06.2026
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
11:28 08.06.2026
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
11:28 08.06.2026
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
11:20 08.06.2026
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
11:19 08.06.2026
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
11:14 08.06.2026
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
11:11 08.06.2026
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
11:07 08.06.2026
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
10:57 08.06.2026
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
10:45 08.06.2026
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
10:25 08.06.2026
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
10:24 08.06.2026
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır