Allahverdi Yolçuyev bu gün xəstəxanaya yerləşdiriləcək

Allahverdi Yolçuyev bu gün xəstəxanaya yerləşdiriləcək
MAQAZİN
12:05 01.10.2025
146
Ötən gün "Günə uğurla" verilişinin canlı yayımı zamanı tanınmış aktyor Allahverdi Yolçuyevin halı pisləşmişdi.

AZXEBER.COM xəbər verir ki, canlı yayıma təcili yardım çağırılmışdı.

Aktyor bu gün "Günə uğurla" verilişinə telefonla qatılaraq səhhəti haqda açıqlama verib:
 
"Yenə hazırda özümü yaxşı hiss etmirəm. Həkimlər xəstəxanaya yerləşdirilməyi məsləhət görür. İnsan qocalanda belə olurmuş. Heyif gəncliyim, sağlamlığım hamısı getdi. İnşallah ki yaxşı olar".
 
Daha sonra aparıcı Yalşın Uğur verilişdən sonra aktyorun yanına gedərək onu xəstəxanaya yerləşdirəcəyini bildirib.
 
Aysel

OXŞAR XƏBƏRLƏR