15:36 Cümə Axşamı, 14 Noyabr 2019
SAĞLAMLIQ

Allergiya və öskürək dərmanlarını bir qəbul etmək olmaz – Dəhşətli səbəb

21:03, 26.10.201913852
Allergiya və öskürək dərmanlarını bir qəbul etmək olmaz – Dəhşətli səbəb
Hazırda bir çox xəstələr öskürəyin nədən olduğunu bilmədiklərinə görə, allergiya dərmanını atır, daha sonra öskürək kəsmədikdə öskürək dərmanı, siropu qəbul edir.

Eyni vaxtda bu dərmanların qəbulu zərərlidir və əks təsir verə bilər.

AZXEBER.COM medicina.az-a istinadən bildirir ki, həkimlərinə sözlərinə görə, hər iki preparat qıcıqlanmaya qarşı, sakitləşdirici komponentə malik olduğu üçün dozanı aşmaq təhlükəsi yaradır. Əks təsirin ilk əlaməti halsızlıq və yuxudur. İnsan heç nə etmək istəmir, onu yuxu tutur. Eləcə də bu dərmanların birgə qəbulu ürək dayanmasına səbəb ola bilər.

Eləcə də antidepressantlarla ağrıkəsiciləri bir qəbul etmək olmaz. Mədə-bağırsaq qanaması verir.
Aspirinlə sakitləşdirici birlikdə qəbul edildikdə insult riski var.

Sakitləşdiricilərlə ağrıkəsicilərin qarışdırılması ürək ritmini azaldır, ürək tutmasına səbəb ola bilər.

Ümumiyyətlə, əgər bir dərmanı qəbul etmisizsə, ən azı 3 saatdan sonra digər preparat qəbul oluna bilər.
XƏBƏR LENTİ