Alman ekspert ermənilərə müraciət etdi: “Siz azərbaycanlıların torpağında vuruşursunuz”

Alman ekspert ermənilərə müraciət etdi: “Siz azərbaycanlıların torpağında vuruşursunuz”
SİYASƏT
20:52 03.11.2020
807

Almaniyalı jurnalist-tədqiqatçı, "Bild” nəşrinin siyasət bölməsinin məsul redaktoru Yulian Röpke erməni xalqına müraciət edib.

Bu barədə Yulian Röpke "Twitter” hesabında yazıb.

"Əziz ermənilər, mən ciddiyəm, mənə "etnik təmizləmə” və "sizin öz vətəninizi qorumağınız” barədə danışmağa son qoyun. Siz Azərbaycanın yüz minlərlə insanının qovulduğu ərazilərində döyüşürsünüz. Ağdam sizin etdiklərinizin ən parlaq nümunəsidir.

Xeyr, bədbəxt qurbanlar və "azərbaycanlı terrorçular”ın niyə hücum etdiyini anlamamış kimi görünmək lazım deyil. Siz onların torpağında vuruşursunuz, əksinə yox”, - deyə Y.Röpke bildirib.
OXŞAR XƏBƏRLƏR