UEFA Çempionlar Liqasında 1/2 final mərhələsinin ilk oyunları keçirilir.
AZXEBER.COM-un məlumatına görə, “Alyans Arena”da “Bavariya” “Barselona”nı qəbul edib.
Bu mövsüm fantastik oyun göstərən Yupp Haynkesin yetirmələri katalonlara da aman verməyib.
İlk hissədə Tomas Müllerin qolu ilə hesabı açan almanlar ikinci hissədə daha 3 dəfə fərqlənib. Mario Qomez və Aryen Robbenin qollarından sonra ilk qolun müəllifi Müller “Barsa”ya öldürücü zərbəni vurub – 4:0.
Cavab qarşılaşması 1 həftə sonra keçiriləcək.