Alman mətbuatı Ermənistan rəhbərliyini ifşa etdi

MEDİA
12:18 29.10.2020
665

Günlərdir törətdikləri vəhşilikləri utanmadan danan Şuşan Stepanyan tutarlı cavabını aldı.

Report-un xəbərinə görə, oktyabrın 28-də düşmənin Bərdəyə zərbə endirməsindən dərhal sonra Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan tvitter hesabında bunu danaraq, "cəfəngiyyat və yalan” olduğunu yazmışdı. Nüfuzlu Sueddeutsche Zeitung (SZ) nəşri isə əsl yalançının Ermənistan tərəfi olduğunu ifşa edib.

Qəzetin yazdığına görə, zərbə anında alman müxbirlər hadisə yerində olub və baş verənləri öz gözlərilə görüblər: "Ermənistan Müdafiə Nazirliyi hücumu qəti şəkildə təkzib etdi. Nazirliyin sözçüsü bu haqda deyilənlərin cəfəng olduğunu yazdı. Lakin müxbirlərimiz Bərdənin mərkəzində qurbanların cəsədlərini və çoxsaylı raket qalıqlarını gözlərilə görüblər. Həmin vaxt Bərdə ətrafı ərazilər, o cümlədən, qonşu Tərtər şəhəri də artileriya atəşinə tutulurdu”.

"Sueddeutsche Zeitung”, həmçinin Bərdədə mülki əhalinin, qadın və uşaqların qətlə yetirilməsini qınayıb. Qeyd edilib ki, Ermənistan işğal etdiyi Dağlıq Qarabağda yaradılan qondarma qurumu heç özü də tanımır. Dağlıq Qarabağ və ətrafındakı rayon beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınır.

Xatırladaq ki, oktyabrın 28-də Ermənistanın Bərdəyə raket hücumu nəticəsində 21 mülki şəxs həlak olub, 60-dan çox dinc sakin yaralanıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:00 24.11.2020

Azərbaycanın xalq artisti vəfat etdi

18:47 24.11.2020

Vladimir Putin İlham Əliyevlə Dağlıq Qarabağdakı sülhməramlıların fəaliyyətini müzakirə edib

18:32 24.11.2020

Həftə sonu ictimai iaşələrdə çatdırılma və “takeaway” xidmətlərinin göstərilməsi bərpa oluna bilərmi?

18:20 24.11.2020

Şuşanın havadan görüntüsü - VİDEO

18:00 24.11.2020

Lavrov: “Qarabağla bağlı bütün öhdəliklər tam icra edilir”

17:52 24.11.2020

Azərbaycanda yoluxma və ölüm sayında daha bir rekord

17:48 24.11.2020

Məhkəmə həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verdi

17:26 24.11.2020

Ermənistan müdafiə nazirinin daha bir müavini istefa verdi

17:06 24.11.2020

Hulusi Akar: "Qarabağda postlararası patrul xidməti aparılacaq"

17:02 24.11.2020

“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

16:52 24.11.2020

“Doğma jest dili” layihəsi çərçivəsində hazırlanan lüğətin tərkibi təsdiq edildi

16:48 24.11.2020

İşğaldan azad olunmuş Abdal və Gülablı kəndlərinin videogörüntüləri yayıldı

16:41 24.11.2020

Bərdədən Ağdama dəmir yolu xətti çəkiləcək - SƏRƏNCAM

16:37 24.11.2020

İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb - SİYAHI

16:15 24.11.2020

Erməni baş redaktordan çağırış: “Qarabağa dönməyin” - VİDEO

16:10 24.11.2020

Xədicənin təhsil haqlarını öhdəsinə götürən Əziz Sancar kimdir? - VİDEO