Almaniyadan İtaliyaya gələn bir qrup turist qiymətli heykəli yıxmaqda günahlandırılıb.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, sosial şəbəkələrdə yerləşdirmək üçün foto çəkdirən bir qrup alman turist İtaliyanın şimalındakı villada qiymətli heykəli yıxmaqda günahlandırılıb.
"Domina” adlı heykəli qucaqlayıb, şəkil çəkdirən zaman heykəl yerə yıxılıb.
Alman turistlər haqqında yerli polisə şikayət edildiyi bildirilib. Heykəlin təxminən 150 yaşı olduğu və 218 min dollar dəyərində olduğu əlavə edilib. Heykəlin tamamilə zədələnməsi səbəbindən təmirinin çətin olacağı deyilib.
Şəbnəm