ABŞ vətəndaşı Çinə casusluq etməkdə şübhəli bilinir.
Bu barədə məlumatı "Politico” yayıb.
Məlumata görə, Almaniyada prokurorlar ABŞ-ın Müdafiə Nazirliyinin keçmiş podratçısı olan Martin D.-ni Çin kəşfiyyatına ABŞ-ın məxfi hərbi məlumatlarını ötürməyə cəhddə ittiham edib.
Federal Baş Prokurorluq açıqlamasında bildirib ki, Martin D. "xüsusilə ağır hal” kimi xarici kəşfiyyat xidmətinin agenti qismində fəaliyyət göstərməkdə ittiham olunur.
\report