Almaniya Avropa İttifaqı (Aİ) ölkələrinə Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini dayandırmağı təklif edir.
Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.
Onun sözlərinə görə, Almaniya hökuməti Aİ ölkələri arasında rusiyalıların ölkəyə girişinə tam qadağa qoyulması ilə bağlı mübahisədə vasitəçilik etmək istəyir.
"Avropa bu məsələdə birgə həll yolu tapmalıdır. Mənim təklifim vizanın sadələşdirilməsi sazişinin dayandırılmasıdır ki, bir daha çoxillik vizalar verilməsin", - o deyib.
///report