Almaniya hökuməti bir neçə milyard avro dəyərində hərbi texnika, o cümlədən 20 "Eurofighter Typhoon” qırıcısı, 3000 "Boxer” zirehli maşını və 3500-ə qədər "Patria” piyada döyüş maşını almağı planlaşdırır.
Bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, təkcə "Eurofighter Typhoon” qırıcılarının sifarişi Almaniyaya 4-5 milyard avroya, "Boxer” zirehli maşınlarının və "Patria” döyüş maşınlarının alınması isə müvafiq olaraq 10 milyard avro və 7 milyard avroya başa gələcək.
Avadanlığın 10 il ərzində Almaniyaya çatdırılması nəzərdə tutulur.
/APA