"Bayer 04" klubu ilə Almaniya çempionu olmuş Borxa İqlesias İspaniyanın "Selta" komandasına keçib.
Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Betis"dən ayrılan 32 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, hücumçu son mövsümü də icarə əsasında "Selta"da keçirib. Forvard 2023/2024 mövsümündə "Bayer 04" ilə Almaniya Bundesliqasının və kubokunun qalibi olub.