Almaniya Cənubi Sudandakı səfirliyini müvəqqəti bağlayır

Almaniya Cənubi Sudandakı səfirliyini müvəqqəti bağlayır
DÜNYA
22:21 22.03.2025
448
Almaniya Cənubi Sudanda vəziyyətin gərginləşməsi fonunda bu ölkədəki səfirliyini müvəqqəti bağlayır.
 
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok "Bluesky” platformasında bildirib.

"Sülhün bərqərar olmasından bir neçə il sonra Cənubi Sudan yenidən vətəndaş müharibəsi astanasındadır", - Berbok qeyd edib.

Onun sözlərinə görə, baş verənlərlə əlaqədar Almaniya hökumətinin qərargahı Cubadakı diplomatik missiyanı müvəqqəti bağlamaq qərarına gəlib.

Qeyd edək ki, Sudan Ordusu ilə Çevik Reaksiya Qüvvələrinin üzvləri arasında döyüşlər bu yaxınlarda hərbçilərin Xartumun böyük hissələrinə nəzarəti ələ keçirməsindən sonra intensivləşib.

Sudandakı vətəndaş müharibəsi artıq on minlərlə insanın ölümünə və 12 milyondan çox sakinin evsiz qalmasına səbəb olub, dünyanın ən böyük aclıq və köçkünlük böhranına səbəb olub.

OXŞAR XƏBƏRLƏR