Almaniya İsrailə silah satışını dayandırdı

Almaniya İsrailə silah satışını dayandırdı
DÜNYA
15:48 08.08.2025
153
İsrailin Qəzza zolağını tam işğal etmək planı beynəlxalq reaksiyalara səbəb olub.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Almaniya kansleri Fridrix Mers Qəzzada mülki əhalinin vəziyyətindən dərin narahatlıq keçirdiyini bildirib və Almaniyanın Qəzzada istifadə oluna biləcək hərbi texnikanın ixracını dayandırdığını açıqlayıb.

İngiltərə Baş naziri Keir Starmer İsrailin qərarını "səhv" adlandıraraq, bu addımın daha çox qan tökülməsinə səbəb olacağını deyib və Netanyahu hökumətini qərarı yenidən nəzərdən keçirməyə çağırıb.

BMT İnsan Haqları üzrə Ali Komissarı Volker Türk də planın daha çox ölüm, dağıntı və zorla köçürülmələrə yol açacağı barədə xəbərdarlıq edib.

Çin isə qərara ciddi narahatlıqla yanaşdığını bildirib və vurğulayıb ki, "Qəzza Fələstin torpaqlarının ayrılmaz hissəsidir.”

Beynəlxalq ictimaiyyət bölgədə dərhal atəşkəsə və siyasi dialoqa çağırır.
 
Oksana
OXŞAR XƏBƏRLƏR