Almaniya İsrailə yardım edəcək – İDDİA

Almaniya İsrailə yardım edəcək – İDDİA
DÜNYA
11:23 12.10.2023
149
Almaniyanın "İman Der Spiegel" jurnalı Almaniyanın İsrailin HƏMAS-a qarşı hücumlarına hərbi dəstək verəcəyini iddia edib.

AZXEBER.COM xəbər verir ki, jurnalın xəbərində Almaniya Hərbi Hava Qüvvələrinin Alman pilotların təhsili üçün istifadə edilən 2 ədəd Heron tipli pilotsuz uçuş aparatını (PUA) İsrailə verəcəyi iddia edilib.

Xəbərdə İsrailin iki PUA-nı davam edən hücumlarda istifadə edib-etməyəcəyini soruşduğu və Almaniya hökumətinin buna yaşıl işıq yandırdığı bildirilib.

İsrailin bölgədəki münaqişə vəziyyətinə görə alman pilotların təlimini dayandırdığı və təlim keçən 16 pilotun Almaniyaya qayıdacağı bildirilib.

Xəbərdə İsrailin sanitar maddi yardım istədiyi də iddia edilib.

Ayşən
OXŞAR XƏBƏRLƏR