Almaniya kansleri Fridrix Merz gələn həftə ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfər edəcək.
Bu barədə hökümət sözçüsü Stefan Korniliusun yaydığı bəyanatda qeyd olunub.
O, bildirib ki, danışıqlarda Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət və ticarət siyasəti kimi mövzular müzakirə olunacaq.
/APA