Almaniya kansleri Putin və Zelenski ilə təmasları davam etdirəcəyini bildirib

Almaniya kansleri Putin və Zelenski ilə təmasları davam etdirəcəyini bildirib
DÜNYA
23:41 04.05.2022
426
Almaniya kansleri Olaf Şolts həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna lideri Volodimir Zelenski ilə təmasları davam etdirəcəyini bildirib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə kansler Berlində Serbiya lideri Aleksandr Vuçiç ilə birgə mətbuat konfransında bildirib.

"Ukrayna prezidenti ilə danışıqların aparılması vacibdir. Mən Kiyevdə idim və onunla ətraflı müzakirələr aparmışam. Rusiya prezidenti ilə isə müharibə başlamazdan əvvəl Moskvada olmuşam və orada da danışıqlar aparmışam.

Təbii ki, mən onları davam etdirəcəm. Ancaq vəziyyət olduğu kimidir və baş verənlərlə bağlı heç bir illüziyaya qapılmağa ehtiyac yoxdur” - deyə o qeyd edib.
OXŞAR XƏBƏRLƏR