Almaniya kansleri Ukraynaya görə istefaya göndərilə bilər

Almaniya kansleri Ukraynaya görə istefaya göndərilə bilər
DÜNYA
11:36 21.04.2022
313
Almaniya hökuməti daxilində Ukraynaya ağır silahların tədarükü ilə bağlı mübahisələr güclənib.

Qeyd olunur ki, Almaniya kansleri Olaf Şoltsun bu məsələdə qərarsızlığı onun istefasına səbəb ola bilər.

Artıq Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı gələn həftə Bundestaqa Ukraynaya ağır silahların tədarükü ilə bağlı qətnamə layihəsi təqdim etmək niyyətindədirlər.

Qeyd olunur ki, qətnamənin Bundestaqda səs çoxluğu qazanacağı təqdirdə Olaf Şoltsun mövqeyi ciddi şəkildə sarsılacaq.
 
///Oxu.az
OXŞAR XƏBƏRLƏR