Katarakt

Almaniya kəşfiyyatı “WhatsApp” yazışmalarını oxuyacaq

MEDİA
09:12 11.06.2021
118
Almaniyada kəşfiyyat orqanlarına "WhatsApp” və buna bənzər tətbiqlər vasitəsilə həyata keçirilən şifrəli yazışmaların oxunması hüququnu verən qanun layihəsi ölkə parlamenti tərəfindən təsdiq olunub.

"Haber Global”ın məlumatına görə, bir qədər əvvəl Nazirlər Kabineti tərəfindən müsbət rəy almış qanun layihəsi 355 səs lehinə, 280 səs əleyhinə, 4 səs isə bitərəf olmaqla qəbul edilib.

Bununla da, yeni qanun, xüsusilə də Almaniyanın daxili kəşfiyyat xidməti olan Konstitusiyasının Mühafizəsi Federal Xidməti (BfV) istənilən şəxslərin yazışmalarını izləmək imkanı verəcək.

Qeyd edək ki, sənədin əsas məqsədinin ölkə daxilində ifrat sağçılarla mübarizə çərçivəsində Hərbi Kəşfiyyatla BfV-nin koordinasiyasını yaxşılaşdırmaq olduğu bildirilib.

OXŞAR XƏBƏRLƏR