Almaniyanın "Leyptsiq" klubu Niderland təmsilçisi PSV-nin və Belçika millisinin futbolçusu Yohan Bakayoko ilə müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçu ilə müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, "Transfermarkt" belçikalı hücumçunun 18 milyon avroya başa gəldiyini bildirib. O, 2024/2025 mövsümündə meydana çıxdığı 46 matçda 12 qol və 3 məhsuldar ötürmə müəllifi olub.