Almaniyanın "Leyptsiq" klubu "Milan"ın hücumçusu Noa Okaforu transfer etmək niyyətindədir.
Tərəflər artıq danışıqlara başlayıb və müəyyən detallarla bağlı qarşılıqlı razılıq əldə olunub.
Qeyd edək ki, 24 yaşlı isveçrəli futbolçu bu mövsüm meydana çıxdığı 16 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun "Milan"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı oyunçunun dəyərini 15 milyon avro qiymətləndirir.