Almaniya klubunun futbolçusu “Qalatasaray”la anlaşıb

İDMAN
19:27 08.02.2024
268
Almaniyanın "Hannover 96” klubunun futbolçusu Derrik Köhn Türkiyə təmsilçisi "Qalatasaray”la anlaşıb.

Bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, klublar 25 yaşlı sol cinah müdafiəçisinin keçidi ilə bağlı ortaq məxrəcə gəliblər. Almaniyanın U-19 yığmasının sabiq oyunçusu tibbi müayinədən keçmək və münasibətləri rəsmiləşdirmək üçün artıq İstanbuldadır. Bu transferin "Qalatasaray”a 3 milyon avroya başa gələcəyi bildirilib.

Qeyd edək ki, Derrik Köhn Almaniya nəhəngi "Bavariya”nın yetirməsidir. O, 2022-ci ildən bəri "Hannover 96” klubunda çıxış edir.
 

OXŞAR XƏBƏRLƏR