Almaniya mediası Vaşinqton görüşünə geniş yer ayırıb

Almaniya mediası Vaşinqton görüşünə geniş yer ayırıb
DÜNYA
11:06 09.08.2025
149
Almaniyanın bir sıra nüfuzlu media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda keçirilən görüşü və əldə olunan mühüm razılaşmaya geniş diqqət yetirib.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, bu ölkənin "Spiegel", "Zeit", "Handelsblatt", "Berliner Zeitung", "Tagesspiegel" nəşrlərinin, "Deutusche Welle", "Welt", "Tagesschau" televiziyalarının və digər media qurumlarının yayımladığı xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin, ABŞ Prezidenti Donald Trampın və Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqtonda keçirilmiş görüşə dair Birgə Bəyannamə imzalamaları xüsusilə diqqət mərkəzində saxlanılıb.

Xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Birgə Bəyannaməni imzalamalarının çoxillik münaqişəyə son qoyulması və regionda əməkdaşlıq üçün yeni imkanlar açdığı qeyd edilib. Bu baxımdan "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsi ilə Azərbaycanın əsas ərazisindən Naxçıvan Muxtar Respublikasına maneəsiz giriş imkanının yaradılmasının razılaşdırıldığı vurğulanıb. Bununla yanaşı, hər iki ölkənin ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət etdikləri, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqini təsdiq etdikləri bildirilib.

Həmçinin ABŞ-nin Azərbaycan və Ermənistanla ikitərəfli razılaşmalar bağladığı, o cümlədən Azərbaycan ilə Birləşmiş Ştatlar, habelə "Exxon" və SOCAR arasında mühüm sənədlərim imzalandığı qeyd olunub.

Almaniyanın xarici işlər naziri İohan Vadefulun məsələ ilə bağlı bəyanatında Ermənistan və Azərbaycan bu gün tarixlərində yeni bir səhifə açaraq mühüm razılaşmaya nail olmalarını alqışladığı diqqətə çatdırılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
15:03 09.08.2025
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
14:52 09.08.2025
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
14:17 09.08.2025
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
14:02 09.08.2025
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
13:49 09.08.2025
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
Şəkidə 5 otaqlı evdə yanğın olub
13:40 09.08.2025
Şəkidə 5 otaqlı evdə yanğın olub
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
13:35 09.08.2025
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
13:25 09.08.2025
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
13:19 09.08.2025
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
12:55 09.08.2025
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
12:45 09.08.2025
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb
12:38 09.08.2025
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVA PROQNOZU
12:30 09.08.2025
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVA PROQNOZU
Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb
12:24 09.08.2025
Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb