Almaniya millisinin baş məşqçisi DÇ-2022-nin Qətərdə keçirilməsindən narazıdır

İDMAN
19:10 21.09.2022
367
Futbol üzrə Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik dünya çempionatının Qətərdə keçirilməsindən narazıdır.

57 yaşlı mütəxəssis bu barədə "Zeitung" nəşrinə açıqlamasında bildirib.

Flik bu ölkədə mundial təşkil etməyin düzgün qərar olmadığını söyləyib: "Qətərdə insan hüquqları qorunmur. Bu, göz qabağındadır".

Qeyd edək ki, DÇ-2022 20 noyabr - 18 dekabrda gerçəkləşəcək. Almaniya yığması E qrupunda İspaniya, Kosta-Rika və Yaponiya ilə mübarizə aparacaq.
OXŞAR XƏBƏRLƏR