Almaniya millisinin futbolçusu üçün mövsüm bitib

Almaniya millisinin futbolçusu üçün mövsüm bitib
İDMAN
13:37 25.02.2023
284
Almaniya millisinin futbolçusu Yulian Draksler üçün 2022/2023 mövsümü vaxtından tez bitib.

Buna səbəb Fransanın PSJ klubunun yarımmüdafiəçisinin zədələnməsidir.

Portuqaliya təmsilçisi "Benfika”da icarə əsasında çıxış edən 29 yaşlı ulduz futbolçu topuğundan əməliyyat olunub. Həkimlər Drakslerin cari mövsüm heç bir oyuna çıxa bilməyəcəyini açıqlayıblar. O, bərpa dönəmini Portuqaliya klubunun düşərgəsində keçirəcək.

Qeyd edək ki, Yulian Draksler "Benfika”nın heyətində bu mövsüm bütün turnirlərdə 18 oyun keçirib, 2 qol vurub. Onun PSJ ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
 
///Report
OXŞAR XƏBƏRLƏR