Almaniya nəhəngi Elvini transfer etmək istəyir - 15 milyon avro

Almaniya nəhəngi Elvini transfer etmək istəyir - 15 milyon avro
İDMAN
17:38 24.01.2026
676
UEFA Çempionlar Liqasındakı çıxışı ilə diqqət mərkəzinə düşən Elvin Cəfərquliyevin karyerasında dönüş yaşana bilər.

AZXEBER.COM xəbər verir ki, Almaniya Bundesliqasının aparıcı klublarından "Bayer" Leverkuzen müdafiəçini yay transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir.

Klub rəhbərliyi, yayda "Barselona"ya gedəcəyi gözlənilən Alixandro Qrimaldonun yerini doldurmaq üçün Elvin Cəfərquliyevə üstünlük verir. "Bayer"in futbolçunun transferinə 10-15 milyon avro ayırmağa hazır olduğu bildirilir. Hazırda "Qarabağ"ın futbolçusu olan Elvinin müqaviləsi 2026-cı il iyun ayına qədərdir.
 
milli.az
OXŞAR XƏBƏRLƏR