xari

Almaniya polisi Frankfurt aeroportunda əməliyyat keçirir, saxlanılanlar var

DÜNYA
23:48 16.01.2021
664
Almaniyanın Frankfurt şəhərinin aeroportu polisin əməliyyat keçirməsi haqqında bildirib.

Qeyd edilir ki, dəmiryol vağzalının uzaq məsafəli qatarların keçidi və birinci terminalı qismən bağlanıb.

Sərnişinlər aeroportun təhlükəsizlik xidməti əməkdaşlarının tövsiyələrinə əməl etməyə çağırılır. Polis əməliyyatın sahibsiz yükün aşkar edilməsi ilə əlaqədar olduğunu bildirib. Yükə baxış keçirilib və onun təhlükəsiz olması aşkarlanıb.

Öz növbəsində yerli mətbuat hadisə ilə bağlı iki nəfərin saxlanıldığını, üçüncü şəxsin axtarışlarının davam etdiyini bildirib.

OXŞAR XƏBƏRLƏR