Almaniya prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender regional səfər çərçivəsində dünən axşam saatlarında Ermənistana gediblər.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, onları Zvartnots hava limanında Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan qarşılayıb.
Ştaynmayerin Ermənistanda ER prezidenti Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşünün planlaşdırıldığı bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl Almaniya prezidentinin mətbuat xidməti Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin 30 mart - 2 aprel tarixlərində Ermənistan və Azərbaycana səfər edəcəyi ilə bağlı məlumat yayıb.