Almaniya qırıcıları Rusiya təyyarəsinə görə havaya qaldırıldılar

Almaniya qırıcıları Rusiya təyyarəsinə görə havaya qaldırıldılar
DÜNYA
22:31 26.08.2025
240
Almaniya Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcıları Rusiyanın "İl-20M" təyyarəsinin Baltik dənizi üzərində görünməsi səbəbindən havaya qaldırılıblar.

Bu barədə DPA agentliyi Almaniya HHQ-nin Hərbi nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, iki ədəd "Eurofighter" təyyarəsi Laqedəki aviabazadan havaya qalxıb. Almaniya tərəfinin məlumatına görə, "İl-20M" beynəlxalq hava məkanında transponderləri söndürülmüş halda uçub və əlaqəyə çıxmayıb.

DPA-nın məlumatına görə, bu, 2025-ci ildə Almaniya qırıcılarının həyəcan siqnalı ilə Baltik dənizi üzərinə qalxdıqları artıq 10-cu haldır.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR