Yəməndə Almaniyanın səfirini qaçırmaq istəyiblər.AZXEBER.COM-un Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, səfir-xanım Karola Müller- Xolkemperi qaçırmaq istəyənlərin şəxsiyyəti məlum deyil. Britaniya kanalının verdiyi məlumata görə, səfirin cangüdəni hadisə zamanı vurulub. Almaniya mətbuatında hələ rəsmi məlumat yoxdur- hadisə araşdırılır.