Almaniya tarixində ilk dəfə olaraq türk əsilli xanım nazir seçilib

DÜNYA
16:17 16.12.2013
1012

Almaniya kansleri Angela Merkelin rəhbərliyi ilə qurulan yeni hökumətdə türk əsilli Aydan Özoğuz ölkə tarixinin ilk türk əsilli naziri olacaq.

AZXEBER.COM Türkiyə KİV-ə istinadən xəbər verir ki, Sosial Demokrat Partiyasında sədr müavini olan Aydan Özoğuzun miqrasiya və inteqrasiya naziri seçilib.Qeyd edək ki, sentyabrın 22-də Almaniyada keçirilmiş seçkilərdə A.Merkelin rəhbərliyi ilə Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı (CDU-CSU) qələbə çalaraq Sosial Demokrat Partiyası ilə koalisiya qurub.A.Özoğuz bu vəzifəsindən qurur duyduğunu bildirib: “Təbii ki, bundan qürur duyuram. Bu, hökumətdə bir türkün də təmsil oluna biləcəyini göstərir. Eyni zamanda bu, gənclər üçün də yaxşı bir siqnaldır. Hamburqda doğulmuş bir türk olaraq yad olmaq nədir bilirəm. Aydan Özoğuz kimi çətin bir adı daşımağın nə demək olduğunu bilirəm. Bəlkə də belə bir təcrübəyə malik olduğum üçün Almaniyada bəzi mövzulara daha həssas yanaşa biləcəm”.Hamburqdan olan senator Mixail Neumanla ailə quran A.Özoğuz iki uşaq anasıdır.

OXŞAR XƏBƏRLƏR