Almaniyanın "Lufthansa” aviaşirkəti peycerlərin Livanda partladılmasından sonra sentyabrın 19-dək İsrail və İrana uçuşları dayandırıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Almaniyanın əsas hava şirkəti sayılan "Lufthansa” peycerlərin Livanda partladılmasından sonra İsrail və İrana uçuşlarda dəyişikliklər edildiyini açıqlayıb.
Açıqlamada, bölgədə baş verən qarışılıq səbəbindən Tel-Əviv və Tehrana uçuşların dərhal dayandırıldığı və "Lufthansa Qrupa” bağlı bütün aviaşirkətlərin (Eurowings, İsveçrə, Avstriya Hava Yolları, Brussels Airlines) uçuş reyslərini ləğv etdiyi bildirilib.
Şirkət zərər çəkən müştərilərinə pulsuz rezervasiya və ya bilet ödənişlərinin geri qaytarmaq seçimini təklif edib.
Cəmalə