Almaniya Ukrayna üçün artilleriya sursatlarının istehsalını maliyyələşdirəcək

Almaniya Ukrayna üçün artilleriya sursatlarının istehsalını maliyyələşdirəcək
DÜNYA
19:59 26.06.2023
204
Almaniya federal hökuməti uzunmüddətli perspektivdə Ukraynaya haubitsa sursatları vermək istəyir. Söhbət 20 min mərmi partiyasından gedir.

Bu barədə AZXEBER.COM "Report”a istinadən xəbər verir.

Qeyd olunub ki, Almaniyanın müdafiə naziri Boris Pistorius Bundesverdəki sursat çatışmazlığını doldurmaq istəyir. Belə ki, mərmilərin bir hissəsinin Ukraynaya verilməsi də planlaşdırılır və rəsmi Berlin də bu müqaviləni maliyyələşdirəcək.

Nəşr yazıb ki, Ukrayna üçün növbəti iki il üçün 20 min mərmidən ibarət ilk paket artıq razılaşdırılıb və federal hökumət təxminən 60 milyon avroluq xərcləri öz üzərinə götürəcək.

Eyni zamanda, Bundesver də 20 min döyüş sursatı tranşı alacaq, ona görə də bu paket 2023-cü ildə çatdırılmalıdır. 2029-cu ilə qədər olan müddətdə qoşunlar lazım gələrsə, müqavilədən əlavə sursat dəstləri tələb edə bilər.

Artıq ötən həftənin sonunda müdafiə departamenti "Rheinmetall” ilə müvafiq çərçivə sazişini Bundestaqın büdcə komitəsinin təsdiqinə təqdim edib.
OXŞAR XƏBƏRLƏR